Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbov bu gün istefa verdiyini açıqlayıb.
Vasif Talıbovun səlahiyyətlərini Ali Məclis sədrinin birinci müavini Azər Zeynalov icra edəcək.
Qeyd edək ki, Azər Yədulla oğlu Zeynalov 1970-ci ildə Şərur rayonunda müəllim ailəsində anadan olub.
O, 2005-cu ildən bəri Ali Məclisin deputatı, eyni zamanda sədr müavinidir.
2020-ci ilin parlament seçkilərində 10 saylı Şərur seçki dairəsindən namizədliyini irəli sürən A. Zeynalov Yeni Azərbaycan Partiyasının üzvüdür.
O, həmçinin Ali Məclis sədrinin birinci müavini vəzifəsini icra edib. Azər Zeynalov eyni zamanda, Naxçıvan Ali Məclisinin İqtisadi siyasət komitəsinin sədridir.
Ali Məclisə seçilmədən öncə isə A. Zeynalov Naxçıvan Dəmir Yolu İdarəsinin rəis müavini olub.
BİZİM.MEDİA