Türkiyəli general-polkovnik Bəxtiyar Ersay Azərbaycan müdafiə nazirinin müşaviri vəzifəsinə təyinat alıb
Bu barədə 2022-ci ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclası ilə bağlı yayılan rəsmi məlumata istinad edilir.
Bəxtiyar Ersay iclasda çıxış edərək Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində görülən işlərdən, aparılan islahatlar nəticəsində əldə edilən yeni nailiyyətlərdən danışıb.
Qeyd edək ki, bu zamana qədər Bəxtiyar Ersayın Azərbaycan müdafiə nazirinin müşaviri olması ilə bağlı məlumat yayımlanmamışdı.
Bildirək ki, Bəxtiyar Ersay Türkiyənin Azərbaycandakı Xidmət Qrupu Komandanlığının komandanıdır.
Çap