Menu
16 may 15:39XƏBƏR LENTİ / Sosial

İsrail Azərbaycana taxıl yetişdirmək üçün texnologiya verəcək

Sabah İsrail Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri Azərbaycana səfər edəcəklər.
Bu barədə “Report” “Israel Hayom” nəşrinə istinadən xəbər verir. Nəşr bildirir ki, İsrail nümayəndə heyəti taxıl yetişdirilməsi, suvarma və süd məhsullarının istehsalı üzrə təcrübəsi ilə bölüşəcək. Uzun müddət ərzində İsrailin Kənd Təsərrüfatı NazirliyiAzərbaycanla əməkdaşlığa ümid edir.
Xatırladaq ki, üç həftə əvvəl İsrailin maliyyə naziri Aviqdor Liberman Azərbaycana səfər etmişdi. Bu səfərin məqdədi Rusiya-Ukrayna müharibəsi nəticəsində pozulmuş taxıl, neft və karbamid kimi xam mallarının İsrailə tədarükünü təmin edən müqavilələri təmin etmək olub.
Nəşr qeyd edir ki, İsrailin məqsədi Azərbaycanı təkcə taxıl idxalından asılılığını aradan qaldırılması deyil, həm də ixrac edə bilmək üçün İsrail ölkəyə taxıl yetişdirmək üçün texnologiya verəcək ki, iki-üç ildən sonra bu məhsulu yenidən İsrailə ixrac edə bilsin. İsrail az miqdarda buğda yetişdirsə də, xüsusilə çətin iqlim şəraitində prosedurlar haqqında geniş biliyə malikdir.
Həmçinin qəzet yazır ki, İsrail nümayəndə heyətinin bəzi üzvləri təqdimatda, digərləri isə biznes forumda iştirak edəcək. Burada məqsəd təkcə texnologiyanı təqdim etmək deyil, həm də ehtiyaclar və həllər arasında qarşılıqlı əlaqə yaratmaqdır, deyə İsrail Kənd Təsərrüfatı Nazirliyində Xarici Ticarət və Beynəlxalq Əməkdaşlıq Mərkəzinin rəhbəri Yakov Poleq bildirib.
Onun sözlərinə görə, İsrail həlləri bir neçə sahəni əhatə edir. Bura heyvandarlıq (daha səmərəli süd istehsalı, dəniz məhsulları istehsalı) həlləri, suvarma üçün və İsrailin hazırladığı səhrada kənd təsərrüfatı və digər çətin iqlim şəraitləri üçün müxtəlif texnologiyalar və həllər.


Çap
Komment Əlavə et