Menu
29 apr 19:43XƏBƏR LENTİ / Siyasət

Jan Mişel Brun: "Minsk qrupu aktuallığını itirib"

Fransada erməni diasporu güclü olduğundan bir çox siyasətçilər əlavə səslər qazanmaq üçün onlara dəstək verir.
Xeberimvar.az “Report”-a istinadən xəbər verir ki, bunu Fransanın “Musulmans en France” xəbər portalının təsisçisi və baş redaktoru Jan Mişel Brun Bakıda jurnalistlərə bildirib.
“Azərbaycan-Fransa münasibətlərinə gəlincə, Fransa Minsk qrupunun həmsədri olub, amma Minsk qrupu, göründüyü kimi, canını tapşırıb və aktuallığını itirib. Bununla belə, Azərbaycanla Fransa arasındakı münasibətləri inkişaf etdirmək zəruridir”, - deyən fransalı jurnalist hazırda Şuşa haqqında kitab üzərində işlədiyini qeyd edib.
Bu gün ADA Universitetində keçirilən “Cənubi Qafqaz: inkişaf və əməkdaşklıq” adlı beynəlxalq konfrans iştirakçılarıları ilə Prezident İlham Əliyevin görüşündən təəssüratlarını çatdıran qonaq deyib: “Prezidentin nitqindən xeyli təsirləndim. Üç saat ərzində kağızsız nitq söylədi və suallara səlis, aydın cavablar verdi. Qonşu ölkələrlə, Avropa İttifaqı ilə, Çinlə, başqa ölkələrlə münasibətlərdən danışdı”.
Çap
Komment Əlavə et