“Belimdən zədə var. Qəlpə ciyərlərimlə onurğamın arasına girib. Artıq sinirimə toxunub, qolumu qaldıra bilmirəm”.
Bunu müharibədə könüllü kimi iştirak etmiş erməni Levon Xaçatryan deyib. Xaçatryanın sözlərinə görə, Ermənistanda könüllüləri müharibə iştirakçısı kimi tanımırlar.
“Xahişimiz budur ki, bizi müharibə iştirakçısı kimi tanısınlar, o kağızla əməliyyat oluna bilək. Biz artıq heç nə istəmirik”, - deyə o bildirib.
Xaçatryan vurğulayıb ki, köhnə silahlarla döyüşüblər: “İştirak etmişəm, görmüşəm ki, avtomat döyüşü deyil. “Bayraktar”lara, PUA-lara 60 nəfərlə atəş açmışıq, heç bir şey olmayıb. Bizimki 60-cı illərin silahları idi. Heç bir şərtimiz olmayıb”.(ordu.az)
Alpər Mövludoğlu
Çap