“Ermənistan” və “Şərəfim var” fraksiyalarının deputatlarının Qarabağa uğursuz səfərləri, onların sərhədi keçməsinə niyə icazə verilmədiyinə aydınlıq gətirilmədi və bu qadağa əmrini kimin verdiyi açıqlanmadı.Teleqraf.com-a istibadən xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti yazıb.
Nəşrin məlumatına görə, əvvəlcə faktı – Qarabağa buraxılmamalarını gizli saxlamağa çalışan erməni müxalifət deputatları axşam saatlarında bunu etiraf etməyə məcbur oldular. Deputatlar bu barədə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında razılaşmanın əldə olunduğunu iddia ediblər.
Məlumatda qeyd olunub ki, bu razılaşmaya uyğun olaraq, Ermənistan parlamentinin deputatlarının siyahısı Rusiya sülhməramlılarına verilib, onlar ad-soyadla yoxlayıb və sərhədi keçmələrinə icazə verilməyib.
Nəşr Rusiya sülhməramlılarının verilən əmri niyə yerinə yetirdiklərinin də məlum olmadığını yazıb:“İrəvanın Rusiya tərəfinə ünvanladığı ittihamlar vəziyyəti daha da çətinləşdirib”.
Nəşr qeyd edib ki, erməni deputatlar keçid məntəqəsində saatlarla danışıqlar aparmalarına baxmayaraq, Qarabağa keçmək üçün sülhməramlıları razı sala bilməyiblər:“Onlara bildirildi ki, Ermənistan parlamentinin həmin deputatlarının çoxu 2020-ci ildən bəri bir neçə dəfə Qarabağa gəliblər və burada qorxulu heç nə yoxdur. Rus hərbçiləri saatlarla sadəcə əmri yerinə yetirdiklərini təkrarladılar və dedilər ki, bunun niyə belə olmasının səbəbini yuxarılardan öyrənmək lazımdır”.
Qəzet bildirib ki, Qarabağdan olan “deputatlar”ın baş verənləri aydınlaşdırmaq üçün Rusiya sülhməramlılarının komandiri ilə görüşmək səyləri də nəticə verməyib. Göndərilən sorğuya isə cavab verilməyib. Üstəgəl, sülhməramlıların onların komandirləri ilə görüşmək üçün gəlmiş “deputatlar”a kobud cavab verərək, qovduqları deyilib.
“Hraparak” Nikol Paşinyanın dünən Qarabağla bağlı çıxşına da diqqət çəkib:“Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağın statusu ilə bağlı “planka”nı aşağı salmağımızı tələb edir. Bu o deməkdir ki, Dağlıq Qarabağın müstəqilliyi və statusu sual altındadır”.
Nəşr qeyd edib ki, erməni cəmiyyəti deputatların Qarabağa girişinə qoyulan qadağaya bu kontekstdə baxmağa başlayıb: “Belə çıxır ki, Paşinyan bir tərəfdən baş verənlərlə razılaşır, digər tərəfdən, hətta “Artsaxın müstəqil statusu” məsələsini gündəmdən çıxarır”.
Nəşr Rusiya sülhməramlılarının niyə bu addımı atdıqlarına da toxunub:“Rusiya sülhməramlılarının davranışına və ya rusların nə üçün Paşinyan və Əliyevin gündəminə xidmət etməsi sualına qayıtsaq, siyasi dairələr hesab edirlər ki, Rusiya Ukrayna ilə müharibə və mövqelərinin zəifləməsi səbəbindən vəziyyəti gərginləşdirmək, Cənubi Qafqazda yeni cəbhənin açılmasını istəmir”.(musavat.com)
Çap