Menu
06 apr 19:26XƏBƏR LENTİ / Hadisə

Səhiyyə Nazirliyi: “Uşaqlar arasında yayılan xəstəlik epidemiya halını alıb”

“Son bir ayda uşaqlarda qusma, yüksək hərarət və ishal müşahidə edilir”.
“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev deyib. O bildirib ki, xəstəxanaya müraciət edən uşaqlar müayinə olunur və rotavirus olması aşkarlanırsa, onlara uyğun müalicə yazılır: “Hazırda bu hallar epidemiya şəklindədir və 5 yaşlı uşaqlarda daha çox rast gəlinir. Xəstəlik böyük yaşlarda da müşahidə edilsə də, onlar yüngül keçirirlər. Uşaqlardakı simptomlar bir həftədən bir aya qədər davam edə bilər”.

Online film
Çap
Komment Əlavə et