Menu
24 okt 01:45XƏBƏR LENTİ / Şou biznes

Oxuya bilmir, necə "Əməkdar artist" oldu? - Xatirə

Bu sözləri müğənni Xatirə İslam "Show news" verilişində deyib
"19 ildir peşəkar səhnədəyəm. İlk konsertimi 2000-ci ildə Heydər Əliyev Sarayında vermişəm. Hələ də Türkiyəyə gedib, hər ay səs dərsləri alıram. Mənim sənətimə söz demək istəyən insan, gərək musiqini çox bilsin".
Bu sözləri müğənni Xatirə İslam "Show news" verilişində deyib. İfaçı "Əməkdar artist" adı alan bəzi sənətçiləri lağa qoyub:
"Görürəm ki, sənətdə məndən zəif olan "Əməkdar artist" adı aldı. Oxuya bilmir, necə oldu? Bunları görəndə küsürəm, efirə də çıxmıram. Deyirəm, qurtardı.
Bir-iki müğənni var, oxuya bilmirlər. Baxırsan, gedir konsert verir. Deyirəm, bu, necə oxuyacaq? Amma onlara da qulaq asanlar var".
Xatirə trendə düşən mahnılardan da söz açıb:
"Trend bilmirəm nədir, gözəlik salonudur? Heç ona necə baxmaq lazımdır bilmirəm. Necə düşürlər trendə? Əgər ora düşmək pulsuz olsaydı, onda müqayisə edərdik ki, sənətə qiymət verən neçə nəfərdir. İndi pulludur, necə edək?
Bəzən sənət dostlarımızla bir-birimizə mahnılar atır, gülürük. Amma onları da toylara aparanlar az deyil".
Çap
Komment Əlavə et