Əməkdar artist Aybəniz Haşımova yeni konsert proqramı ilə tamaşaçıların görüşünə gələcək.
Bu barədə sənətçi özü instaqramda məlumat yayıb. O bildirib ki, konsertin hazırlıqlarına artıq start verilib:
“Artıq bütün komandamızla "SON" adlı solo konsertimizə hazırıq və son hazırlıq məşqləri gedir. Burada və digər səhifələrdə mənə ünvanlanmış xoş arzu və istəklərinizi oxuyuram ürəyim dağa dönür, illərimin hədər getmədiyinə şadam. 40 ildən çox sizin üçün oxudum, sizin qəlbinizdə yaşadım. Nə qar, nə çovğun, nə fırtına, nə boran məni qorxuda bildi. Çünki sevginizə büründüm. Sizi yanımızda görmək, sizin üçün yenidən oxumaq inanılmaz sevincdir. Bəlkə də ömrümü birə min uzadacaq. Solo konsertdə bülbül səsli, qran-pri, beynəlxalq müsabiqələrin qalibləri olan Sənət Akademiyasının tələbələrini də təqdim edəcəyəm”.
Çap