Menu
29 mar 14:52XƏBƏR LENTİ / Siyasət

Kreml Delyaginin Azərbaycanla bağlı təxribatçı çıxışına reaksiya verib

Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Rusiya Dövlət Dumasının İqtisadi siyasət komitəsinin sədr müavini Mixail Delyaginin Azərbaycanla bağlı təxribatçı çıxışına münasibət bildirib.
Xeberimvar.az “Report”-a istinadən xəbər verir ki, o keçirdiyi mətbuat konfransında bununla bağlı sualı cavablandırıb.
"Bu, şəxsi emosiyalarla əlaqədardır. Biz bu emosiyaları cilovlamağa və belə bəyanatlardan çəkinməyə çağırardıq, xüsusən də bizim tərəfdaşlarımıza münasibətdə. Azərbaycan tərəfdaş dövlətlər kateqoriyasına aiddir”, - D.Peskov deyib.
Çap
Komment Əlavə et