Menu
26 mar 16:15XƏBƏR LENTİ / Gündəm

Paşinyandan sensasion açıqlama: “Bu əraziləri təhvil verməyə hazırıq”

“Biz yaxın zamanda sülh müqaviləsi imzalamağa hazırıq. Güzəştə getmək lazımdır. Biz bunu edəcəyik.”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Paşinyan bildirib ki, yaxın günlərdə güzəştə gedəcəkləri ərazilər barədə daha ətraflı şərh verəcək.:”Biz Azərbaycana təklif etmişik ki, Arazdəyən (Yerasxa) sektorunda onlar bizim bir neçə ərazimizdən mövqelərini geri çəksinlər. Əvəzində biz də onların ərazisindən bir neçə mövqedən geri çəkilirik.” -deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, 18 aydır iki ölkə arasında ən qaynar nöqtələrindən biri ilə bağlı məsələni həll edə biləcəklər. Paşinyan deyib ki, bu, Ermənistanın ərazidəki qoşunların çıxarılması ilə bağlı təkliflərinə aiddir. “Dediyim kimi, biz Azərbaycanın cavabını gözləyirik. Bundan əlavə, biz Ermənistanla Azərbaycan arasında de-yure sərhədin Sovet dövründə təsdiq edilmiş formada qoşunların güzgülü çıxarılması təklifi ilə çıxış etdik. Yeri gəlmişkən, bir sıra son hadisələrdən sonra biz hələ də başa düşə bilmirik ki, Azərbaycan regional kommunikasiyalar açmaq istəyir, ya yox?”.
O vurğulayıb ki, əgər Bakı istəsə, o zaman Ermənistanın təklifləri qüvvədə qalır və İrəvan hər an onları sözün əsl mənasında həyata keçirməyə hazırdır. “Dünyada və regionda vəziyyət gərgindir və biz bu gərginliyin azaldılmasında və fundamental həll yollarının tapılmasında özümüzü məsuliyyətli hesab edirik. Bu mənada biz hesab edirik ki, Ermənistanla Azərbaycan arasında sülh danışıqları mümkün qədər tez başlamalıdır. Qeyd etmək lazımdır ki, sərhəd təhlükəsizliyi və sabitlik səviyyəsinin yüksəldilməsi istiqamətində atılan addımlarla paralel olaraq, sərhədlərin demarkasiyası və delimitasiyası üzrə işləri sürətləndirmək lazımdır”.
Bu əsnada, Ermənistanda hakimiyyətdə olan “Mülki Müqavilə” Partiyası açıqlama yayaraq, Ermənistanla Azərbaycan arasında heç bir sənədin müzakirə olunmadığını bəyan edib. Deputat Vladimir Vardanyan deyib ki, hər hansı sənəd haqqında danışmaq lazımsızdır. “Başa düşmək lazımdır ki, indiki halda söhbət gizlədilə bilməyən beynəlxalq müqavilədən gedir. Belə sənədlər müxtəlif beynəlxalq və ölkədaxili prosedurlardan keçir. Bu, ratifikasiyadır, lazım gələrsə, referendumdur”.Jamaz.info
Çap
Komment Əlavə et