Menu
19 mar 17:29XƏBƏR LENTİ / Xarici

Ukraynada uşaq və qadınlara divan tutan "Qəssab" məhv edildi - FOTO

Ukraynanın paytaxtı Kiyev yaxınlığındakı döyüşlərdə "Qəssab" ləqəbi ilə tanınan rusiyalı polkovnik Mixail Romanov öldürülüb.
Milli.Az "Znak"a istinadən bildirir ki, M.Romanov Kiyev vilayətindəki döyüşlərdə rusiyalı hərbçilərin müvəqqəti ələ keçirdiyi yaşayış məntəqələrində ukraynalı qadınlarla uşaqlara qarşı xüsusi vəhşiliyi ilə seçilirdi.
O, analara uşaqlarının gözləri qarşısında işgəncə verməkdən, təcavüz etməkdən, habelə ananın önündə uşağını güllələməkdən xüsusi həzz alırdı.
M.Romanovun öldürülməsini ilk olaraq ukraynalı aktyor və teleaparıcı Andrey Cecula xəbər verib.
"Rusjev" portalının redaktoru Vitali Rojdaev bu xəbəri təsdiqləyib: "Mixail Romanovun cəsədinin fotosunu onun arvadı Albinaya yolladım".
Məhz M.Romanovun əmri ilə Kiyevin Brovarı rayonundakı Boqdanovka kəndində qadınlara işgəncələr verilmişdi.
Ukraynaı hərbçilərin dediklərinə görə, alay komandiri M.Romanovun əmri ilə rusiyalı əsgərlər ukraynalıların evlərinə soxulur, qətl və qarətlərlə məşğul olurdular.

Çap
TOM
Best Sneakers A new “Lemon Lime” colorway of the Nike Air Max 95 has surfaced and we must say it’s perfect for the upcoming spring and summer seasons.

Komment Əlavə et