“Bayraktar” TB2 zərbə PUA-sının Rusiya Silahlı Qüvvələrinin arsenalına vurduğu ziyan məlum olub.
“Report” xəbər verir ki, itkiləri videofaktlara əsaslanaraq “Clash Report” hərbi portalı açıqlayıb.
Hesablamaya görə, fevralın 24-dən bəri “Bayraktar” TB2 Rusiyanın ümumi dəyəri 600 milyon dollar civarında olan texnikalarını məhv edib.
Bildirilib ki, zərbə PUA-sı 5 ədəd 152 mm-lik haubitsa, 1 ədəd 220 mm-lik “Uraqan”, 1 ədəd rabit.ə stansiyası, 2 ədəd komanda postu, 2 ədəd desantın döyüş maşını (DDM-2), 2 ədəd logistika qatarı, 6 ədəd “Buk M1/2”, 1 ədəd “Pantsir-S1”, 2 ədəd “Tor-M1/2”, 9 ədəd KamAZ, 5 ədəd “Ural-4320” və 10 ədəd naməlum nəqliyyat vasitələri “Bayraktar” PUA-sı tərəfindən məhv edilib.
Çap