Menu
05 mar 23:49XƏBƏR LENTİ / Xarici

Oleq Kuznetsovdan azərbaycanlı redaktorlara Ukrayna XƏBƏRDARLIĞI – “Sonra demədi deməyin...”

Rusiya hökuməti Rusiya ordusunun hərəkətləri ilə bağlı mediada yalan məlumatların yayılmasına görə cinayət məsuliyyəti tətbiq edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə siyasi analitik Oleq Kuznetsov “Facebook” hesabında məlumat paylaşıb.
“Bunun üçün ilk addım atılıb və Dövlət Duması müvafiq qanun layihəsini üç oxunuşda təsdiqləyib. Məsələ Federal Məclisin və prezidentin ixtiyarındadır, lakin onlar burada da tərəddüd etməyəcəklər” – deyə Kuznetsov qeyd edib.
O, həmçinin bildirib ki, Azərbaycanda son bir neçə gündür saytlar Ukrayna Silahlı Qüvvələrinin 72-ci SIPO Mərkəzindən saxta məlumatlar yayırlar.
“Bu saytların hamısının adları yaxşı məlumdur və hər biri üçün kifayət qədər dəlillər var. Ukraynanın denazifikasiyasından sonra onların bütün baş redaktorları beynəlxalq axtarışa veriləcək. NATO sizi dəstəkləməyəcək, çünki siz Rusiyaya qarşı artıq silinmiş, maliyyə hesabatlarında çətinliklə əks olunan informasiya müharibəsinin xərclənən materialısınız. Hara gedirsiniz, cənablar? Azərbaycan Rusiyanın müttəfiqidir.
Mən buna tam əminəm ki, Azərbaycan Ukrayna saxtakarlığı ilə əlbir olan şəxsləri təhvil verərək bu məsələdə öz müttəfiqlik borcunu yerinə yetirəcək. Sonra deməyin ki, mən sizə xəbərdarlıq etmədim”, - deyə Kuznetsov əlavə edib.
Onu da qeyd edək ki, siyasi analitik Oleq Kuznetsov Azərbaycanla bağlı fikirlərində əvvəllər isti münasibəti ilə diqqət çəkib. Lakin son dövrlərdə onun fikirləri dəyişməkdədir.(musavat.com)
Çap
The only element that is out of the palette is the Air bubble, which is visible through the midsole in a reddish tone.
Designer Shoes

TOM
Unique details include “air sprung” patches on the tongues with butterfly and caterpillar graphics, red embroidered branding on the heels, and a mushroom graphic on the outsoles. Purchase Shoes

Komment Əlavə et