Menu
02 mar 18:22XƏBƏR LENTİ / Xarici

Polşa Ukraynada bərpa və yenidənqurma planı üçün 100 milyard avro ayrılmasını təklif edib

Polşanın baş naziri Mateuş Moravietski Avropa İttifaqını Ukraynaya 100 milyard avro dəyərində yenidənqurma planı təklif etməyə çağırıb.
AZƏRTAC xəbər verir ki, baş nazir Ukraynada yenidənqurma planına ehtiyac olduğunu və Avropa İttifaqı tərəfindən maliyyələşdiriləcək 100 milyard avro sayəsində gələcək illərdə dağıdılmış infrastruktur, o cümlədən məktəblər, xəstəxanalar və yaşayış massivlərinin bərpasını mümkün hesab edib.
M. Moravetski bildirib ki, o, bu təkliflə Brüsseldə olarkən çıxış edib və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenlə müzakirə etdiyi mövzulardan biri də məhz bu məsələ olub. Baş nazirin sözlərinə görə, Aİ üzvlüyünə müraciət etmiş Ukraynanı quruma qəbul etmək, ona namizəd ölkə statusu vermək və rəsmi Kiyevi tez bir zamanda İttifaqa daxil olmaq yoluna qoymaq üçün hazırda Brüsseldə “daha münbit zəmin” var.
Çap
The white midsole and AIR MAX badge treatment expresses that Air Jordan 11 look that has stayed timeless through the decades. Sports Shoes

Komment Əlavə et