İlin əvvəlindən bəri Rusiyalı milyarderlərin sərvətləri 83 milyard dollar azalıb. Ən böyük itkini “Lukoyl” neft şirkətinin vitse-prezidenti Leonid Fedun və prezidenti Vahid Ələkbərov veriblər.
Forbes Rusiyaya istinadən xəbər verir ki, Leonid Fedun öz sərvətinin 80 faizindən məhrum olub.
Buna qədər o, Forbesin Rusiya üzrə milyarderlər siyahısında o, 11,1 milyard dollarla 16-cı yerdə qərarlaşmışdı. O, səhm bazarındakı çöküş və “Lukoyl”un səhmlərinin dəyərsizləşməsi nəticəsində demək olar ki, bütün sərvətini itirib.
“Lukoyl” prezidenti isə eyni səbəbdən 13 milyard dollar itirib. Bu, Rusiya milyarderləri arasında ən böyük itki deməkdir.
Qeyd edək ki, London birjasında “Lukoyl”un səhmələri fevralın 28-də 62,8 faiz dəyərsizləşib.
Biznesmen Gennadi Timçenko isə öz varidatının demək olar ki, tam yarısından – təxminən 10,6 milyard dollardan məhrum olub.
Çap