Menu
24 fev 22:45XƏBƏR LENTİ / Xarici

Böyük Britaniyadan Rusiya və Belarusa dağıdıcı sanksiyalar

Böyük Britaniyanın baş naziri Boris Conson Rusiyaya qarşı yeni sanksiyaları elan edib. İcmalar Palatasında çıxış edən baş nazir bildirib ki, ölkəsi Ukraynanı xilas etmək üçün mümkün olan hər şeyi edəcək: “Putinin bu iyrənc və barbar tədbiri iflasla başa çatmalıdır”.
Conson Rusiyaya qarşı atılacaq 10 addımı elan edib:
1.Rusiyanın bütün iri banklarının aktivləri dondurulur. O cümlədən VTB bankın Britaniyada olan 154 milyard funtsterlinqlik aktivləri dərhal dondurulur.
2.Gələn həftə Rusiyanın bütün şirkətlərinə Britaniyanın maliyyə bazarlarından vəsait cəlb etməyi qadağan edən qanunun qəbulu.
3. Rusiyanın ən böyük müdafiə sənayesi şirkəti olan “Rostex”in iştirakçı olduğu bütün hüquqi və fiziki şəxslərə, onların törəmə şirkətlərinə qarşı sanksiyaların tətbiqi
4. Rusiyanın aviasiya nəhəngi “Aeroflot” şirkətinə Britaniya hava məkanında uşuç qadağan edilir. Eyni zamanda bir sıra təyyarələrin Britaniya ərazisinə enməsi qadağan olunur.
5. Təcili olaraq Rusiyaya bir sıra məhsulların ixrac lisenziyaları geri çağırılır. O cümlədən elektrik komponentlər və hərbi yük maşınları üçün detallar.
6. Ən yaxın günlərdə yüksək texnologiyaların Rusiyaya ixracını qadağan edən qərarın qəbulu
7. Rusiya vətəndaşlarının Britaniya banklarında saxlaya biləcəkləri vəsaitlərin məbləğinə məhdudiyyətin tətbiqi
8. G7 və NATO-dakı müttəfiqlərlə Rusiyanın SWFIT sisteminə girişinin dayandırılması üçün işlərə başlamaq
9.Bütün bu sanksiyaları Belarusa da tətbiq etmək
10.Böyük Britaniyada vəsait toplayan Rusiya vətəndaşlarına qarşı cinayət işinin açılmasına imkan verən qanunun qəbulu.
Conson Vladimir Putinin Ukraynaya hücum üçün gətirdiyi səbəbləri absurd, Putinin özünü isə “imperiya işğallarına inanan qanlı aqressor” adlandırıb.
(musavat.com)
Çap
edg
“The JG Lawsuit NFT will harness our lawsuit versus Nike, which has created even more of a loyal following as Nike continues to engage in frivolous lawsuits that seem to only be put forth to slow down the momentum of its competition,” Geiger said in a release. Discount Designer Shoes

Komment Əlavə et