Rusiya prezidenti Vladimir Putin bu gün fevralın 24-də səhər saatlarında televiziya ilə xalqa müraciət edərək “Donbassın müdafiəsi üçün xüsusi hərbi əməliyyatın keçirilməsi” barədə qərar qəbul etdiyini bildirib. Virtualaz.org-a istinadən xəbər veririk ki, Putin müraciətində “Rusiya üçün təhdid yarada biləcək xarici qüvvələri” də hədələyib. Onun sözlərinə görə, Rusiyanın belə təhdidlərə cavabı ləngiməyəcək. “Biz hadisələrin istənilən inkişafına hazırıq. Bütün zəruri qərarlar qəbul edilib”,-Putin xəbərdarlıq edib. Putin onu da deyib ki. NATO-nun hərb maşını Rusiyanın sərhədlərinə yaxınlaşır. Onun sözlərinə görə, Rusiya 30 il ərzində NATO-nun şərqə doğru genişlənməməsi üçün anlaşmağa çalışıb, amma yalan, təzyiq və şantajla qarşılaşıb. Putin müraciətində “Ukraynanı işğal etmək niyyətlərinin olmadığını” da deməyi unutmayıb. Çap