Türkiyənin milli texnikası olan HİSAR-RF hava hücumundan müdafiə sistemi təlimlər zamanı hədəfləri tam dəqiqliklə vurub. Axar.az-a istinadən xəbər veririk ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir məlumat verib. “Yeni HİSAR-RF 2022-ci ilə sürətli şəkildə başlayıb. Aparılan təlimlər zamanı adıçəkilən texnika hədəfləri tam dəqiqliklə vurmağı bacarıb”, - İ.Dəmir bildirib.