Avropa Birliyi diplomataiyasının rəhbəri Josep Borrel Rusiya hökumətinin AB-nin bir sıra diplomatlarına giriş qadağası gətirməsi qərarına sərt təpki göstərib.
Xarici agentliklərə istinadən xəbər verir ki, AB rəsmisi bunun hüquqi əsasının olmadığını dilə gətirib.
Onun sözlərinə görə, bu cür tədbirlər qeyri-şəffaf sayılmır və buna qarşı reaksiya özünü çox gözlətməyəcək. “Bununla Rusiya Avropada onsuz da çox gərgin sayılan situasiyanı səngitmək yerinə onun daha da qızışdırılmasına xidmət göstərir”,-deyə o, bildirib.
Xatırladaq ki, Rusiya Federasiyası Avrpa Birliyinin bəzi diplomatlaırnın ölkəyə ziyarətini yasaqlayıb. Xarici işlər nazirliyi qara siyahıya “AB-də antirusiya siyasətini yürüdülməsində personal məsuliyyət daşıyan, rusdilli əhalinin və mətbuatın hüquqlarını pozan şəxslərin daxil ediləcəyini” bildirib.(musavat.com)
Çap