Dünyanın ən varlı 20 ölkəsi təbiətin mühafizəsinə ayırdıqları illik xərcləri ən az iki dəfə artırmalıdırlar.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə BMT-nin yeni hesabatında deyilir.
Sənəddə varlı dövətlərin planetimizin yaşıllığının qorunması üçün cəmi 120 milyard pul ayırdıqları qeyd olunub.
BMT-nin Ətraf mühitin mühafizəsi proqramının (YUNEP) iqlim maliyyələşməsi departamentinin rəhbəri İvo Malder bunun olduqca az olduğunu dilə gətirib. Onun fikrincə, bu rəqəm 2030-cu ildə ildə ən az 350 milyard dollar, 2050-ci ilə qədər isə 536 milyard dollar təşkil etməlidir.
Hesabatda 2020-ci ildə dünyanın 20 ən qüdrətli dövlətinin pandemiyadan sonra iqtisadiyyatlarının bərpasına 14,6 trilyon dollar ayırdıqları göstərilib. Lakin bu rəqəmdən sadəcə 368 milyardı, yəni 2%-i “yaşıl” sərmayə hesab oluna bilər.
Çap