ABŞ prezidenti Co Bayden mətbuat konfransında açıq mikrofonu unudaraq söydüyü “Fox News” kanalının müxbiri Piter Dusiyə zəng vurub və “sözlərində heç bir şəxsi məsələnin olmadığını” söyləyib.
Xarici agentliklərə istinadən xəbər veririk ki, bu barədə “Fox News” kanalı məlumat yayıb.
Piter Dusi ölkə başçısının ona hadisədən bir saat sonra zəng vurduğunu bildirib. “O, “dostum, ürəyinə salma” deyə mənə bildirdi”-deyə jurnalist danışıb.
Piter Dusi “üçüncü dünya müharibəsinin qapıya dayandığı bir dövrdə prezidentin vaxt taparaq onu aramasını yüksək qiymətləndirdiyini” qeyd edib.
Xatırladaq ki, sözügedən insident ABŞ prezidenti yanında Rəqabət üzrə şuranın iclasından öncə baş verib. Piter Dusi prezidentdən ölkədəki inflyasiya ilə bağlı məsuliyyət daşıyıb daşımadığını soruşub. Co Bayden suala cavab verdikdən sonra mikrofonun açıq qaldığını unudaraq yavaş səslə onu “it oğlu it” deyə adlandırıb. Lakin dövlət başçısının sözlərini hamı eşidib.(musavat.com)
Çap