Menu
20 yan 23:05XƏBƏR LENTİ / Xarici

Putini məsuliyyətə cəlb etmək aktı - Detallar

Konqresə təqdim olunan Rusiyaya qarşı sanksiya layihəsinin bəzi detalları məlum olub.
Axar.az-a istinadən xəbər veririk ki, bu barədə “Vaşinqton post” nəşri məlumat yayıb.
Nəşr bildirib ki, layihə “Putini məsuliyyətə cəlb etmək aktı” adlanır.
Sanksiya layihəsində yer alan maddələrin bəziləri bunlardır:
- Rusiyanın Donbasda dəstəklədiyi qüvvələrin terrorçu elan edilməsi və Rusiyanın terroru maliyyələşdirən ölkə kimi tanınması;
- Rusiyanın dövlət borcu ilə əməliyyatlara qadağa qoyulması;
- Əlaqədar təşkilatlar və onların səhmdarları daxil olmaqla, Şimal Axını-2-yə qarşı tədbirlər;
- ABŞ dövlət qurumlarına hücumlar bitənə qədər kibertəhlükəsizlik dialoqunun maliyyələşdirilməsini dayandırmaq;
- Nə qədər ki, Krım Rusiyanın tərkibində qalır, strateji sabitlik dialoqunun maliyyələşdirilməsini dayandırmaq;
- Rusiya Prezidenti Vladimir Putinə, hökumətin bütün üzvlərinə, o cümlədən Rusiya məmurlarına və təhlükəsizlik rəsmilərinə, Rusiya liderinin mətbuat katibi Dmitri Peskova, Moskva meri Sergey Sobyaninə, Prezident Administrasiyasının rəhbəri Anton Vaynoya və birinci müavini Sergey Kiriyenkoya, Mərkəzi Seçki Komissiyasının sərdi Ella Pamfilovaya, İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinə, FTX direktoru Aleksandr Bortnikova, Milli Qvardiyanın rəhbəri Viktor Zolotova və baş prokuror Yuri Çaykaya qarşı sanksiyalar;
- Rusiyalı biznesmenlər Roman Abramoviç, Alişir Usmanov, Oleq Deripaşka, İqor Seçin, Aleksey Miller, Andrey Kostin, Gennadi Timçenko, Dmitri Rıbolovlev, Mixail Fridman, Pyotr Aven, Mixail Qutseriyev və Aleksandr Vinokurova qarşı sanksiyalar.
- RT-nin rəhbəri Marqarita Simonyan, teleradio aparıcısı Vladimir Solovyov və “Birinci kanal”ın baş direktoru Konstantin Ernstə qarşı sanksiyalar...
Qeyd edək ki, layihə ötən gün Konqresə təqdim edilib.
Çap
If there was any doubt about the pair’s inspiration, Ronnie Fieg and team have embroidered the famed-“NYC” swoosh emblem on the lateral heel.  AIR MAX 720BLOG

Komment Əlavə et