Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zeye şəhərində keçirilən "Tata Steel Chess" turnirində ikinci qələbəsi qazanıb.
"Report"un məlumatına görə, 37 yaşlı qrossmeyster ustaların mübarizəsində V turda yerli iti zəka sahibi Yorden van Foresti üstələyib. Qara fiqurlarla oynayan Məmmədyarov 44-cü gedişdə rəqibini təslim olmağa məcbur edib.
Hazırda 3,5 xala malik Azərbaycan təmsilçisi hindistanlı Vidit Santoş Qucrati və macarıstanlı Rixard Rapport ilə birlikdə hərəyə 3,5 xalla ilk 3 pilləni bölüşür.
Çap