Paylaşın əziz dostlar. Hamı oxusun, bilsin və tanısın
Əziz media xahiş edirəm dərc edin bunu
65 -lər əfsanəsi
Şuşa fatehləri
Belə bir deyim var: tarixi qaliblər yazır. Eyni zamanda azadlıq, müstəqillik və Vətənin bütövlüyü uğrunda şərəfli mübarizə apararaq zəfər çalan xalqlar öz adlarını tarixə QALİB xalq kimi yazdırırlar. Azərbaycan xalqının tarixinə nəzər salsaq minlərlə qəhrəman adına rast gəlirik. Bu xalqın son 30 ildə tarixə düşən qəhrəmanlarının sayı o qədərdir ki, yazmaqla bitirmək olmur. Bu gün mən sizlərə 65 tarix yazan fatehləri və onlardan birini tanıtmaq istəyirəm. Əvvələ bir il geriyə qayıdaq. Noyabr ayının əvvəlinə..Şuşanı azad etməyə gedən 65 igid, YAŞMA, Naxçıvan xüsusi təyinatlıları və Daxili Qoşunların qorxu bilməz, ölümün gözünə dik baxan və Şuşanı ilk azad edən qəhrəmanlar barədə danışmaq istəyirəm.
Şuşada olanlar bilirlər, oranın yolları keçilməz səddlərdir. O yolu qısa zamana, səssiz keçmək dünyanın heç bir ordusunun komandoslarının gücü daxilində belə deyil. Amma bunu 65 igid bacardı. Nağıllarda deyilir ey, 7 gecə və 7 gündüz dağlar və dərələr aşan pəhləvanlar. Bax onlar realldırlar. 7 gün ac və susuz, gecə və gündüz bilmədən Şuşaya doğru hərəkət edən 65 nəfəri təsəvvür edin. Onların bir hədəfi var. Dünyanın ən gözəl və sehirli şəhəri olan Şuşanı azad etmək...su yoxdur, yemək yoxdur. Təbiətin bəxş etdiyi otlar, ağac yarpaqları onların qidasıdır. Ağaclar və güllər üzərində olan şeh onların içdiyi sulardır. Ətraf düşmənlə doludur, sıldırım yolları addım addım aşaraq düşməni məhv etməyi qarşısına hədəf qoyan 65 nəfər noyabr ayının 5-, də artıq Şuşa yaxınlığında düşmənlə savaşırlar. Döyüşə girməzdən öncə 65 igid üzü Şuşaya tərəf tutaraq diz çöküb Tanrıya dua edirlər "Ey Tanrı sən bizi xalqımız, dövlətimiz qarşısında utandırma. BİZƏ Güc ver ey Böyük Tanrı..Şuşamızı alaq və xalqımızın başın uca edək"...Sonra isə düşmənlə açıq döyüşə girirlər. Qarşılarına çıxan düşmənlər bir bir yerə sərilir... Ölü sayısı getdikcə artır...erməni meyitlərinin sayı 100 keçir....150-ni keçir..65 nəfər içərisində şəhidlərimiz olur, yaralılarımız olur. Ancaq onlar dayanmırlar..yaralı Döyüşçülər irəli irəli deyib Şuşa ətrafından keçərək keçmiş həbsxana yanına çatıb erməniləri mühasirəyə alırlar..Ermənilər Tanrının Əsgərləri olanlar qarşısında dözə bilmirlər. Xankəndiyə doğru qaçırlar..Artıq Şuşa azaddır. 65 nəfərlik xüsusi qrup Şəhərlər Şəhərinə daxil olub uğrunda can verdikləri üç rəngli Bayrağı orda sancırlar....
Artıq Şuşa azaddır, ardınca Azərbaycan ordusu gəlir...Şuşaya bayrağı il dəfə 65 nəfərik xüsusi dəstə sancır. Əsl həqiqət budur. İlk bayrağı sancan bu igidlərdir. Adları heç harda çəkilməyən və heç bir yerdə onlar barədə danışılmayan...Bu gün Şuşanı biz azad etdik deyən Qazilərdən xahiş edirəm. Əsl həqiqəti etiraf etsinlər. Məhz Şuşa şəhərinə ilk bayraq noyabr ayının 7-i 2020-ci ildə sancılıb və müqəddəs bayrağı ilk dəfə orda 65 nəfərlik xüsusi dəstə qaldırıb. Bunu demək lazımdır, o 65 nəfərin haqqına girmək lazım deyil..Xahiş edirəm. Bunu deyin, o İgidləri tanımaq lazımdır. Mən Şuşanın azad olunması barədə çox qazini dinləmişəm. Gələcək elmi işim üçün Əsl və Real tarixi yazmaq üçün yola çıxmışam.
Allah qismət elədi Emin , Elmar və Behruz sayəsində o qəhrəmanlardan birini tapa bildim.
Facebookda olduğunu bilib dostluq atdım, özü ilə görüşüb əllərindən öpdüm.. Siz də 65 nəfər xüsusi qrupun üzvü, Şuşanı azad edib ilk ora bayraq sancanlardan birini tanıyın...
Malik Cebiyev
Canlı əfsanə...
Malik Cəbiyevin Şuşa qalasını ələ keçirmək üçün çəkilən əziyyətləri misilsiz olub. Düşmən tanklarını, BMP-lərini məhv edib. Şuşa məscidinə dostları ilə birlikdə xalçaları öz əlləri ilə düzüb, oraya möhür aparıb namaz qılmaq arzusunu həyata keçirib.
Malik Cəbiyevə atılan güllə cibindəki telefonu deşib, şükür Allaha ki, Tanrı onu qoruyub, hərbiçimizə zərər dəyməyib. Nə qədər sual versəm də, "Vətən üçün etmişik, xalqımız üçün can qoymuşuq və qoyacıq" deyir..
Ancaq onun əllərinə baxanda hiss edirsən ki Şuşanı cırmaqlayaraq, dağları, qayaları, sıldırım yolları əlləri ilə alıblar...
Azərbaycanın əfsanəsi, general Polad Həşimovla birgə 14 il xidmət edib, onunla çiyin çiyinə Vətəni qoryublar. Bu gün Malik Cəbiyev General Polad Həşimovun döyüş yolunu layiqincə davam etdirir. Necə ki, generalımız öz çəkmələrini əsgərinə hədiyyə etmişdi, eləcə də əsgəri ac qalmasın deyə öz yeməyini dəfələrlə əsgərlərinə paylayir Malik Cəbiyev. O deyir ki, mən yaşlıyam, təcrübəliyəm, dözə bilərəm, amma əsgərlərim ac qalmasın.
Döyüş başlanan gündən sonuna qədər düşmənləri məhv edən 65 nəfərdən biri...
Bizim Komutan
Xalqın Komutanı..
Bəli, tanıyın bu əfsanəni...
Müasir dövrün qəhrəmanını..
Şəxsən onunla neçə saat söhbət elədim, bir tarixi yazacaq qədər məlumat gördüm onun üzündə, əllərində, səsində...
Tanrı səni qorusun əfsanə qəhrəman
Onun döyüş yolu barədə qısa da olsa bu saytdan oxuya bilərsiz...
https://vetendas.az/malik-c%C9%99biyev/ Ps: Dostlardan öyrəndim ki, Şuşa Fatehlərindən biri olan Malik qardaşımızın evi yoxdur, utandım, xəcalət çəkdim..Necə ola bilər belə bir əfsanə evsiz qalıb...Gündə bir müğənniyə, artistə ev verən imkanlı adamlar belə bir ŞƏXSİYYƏTƏ ev verə bilməzlər???
Mən üzümü Qarabağlı, Şuşalı iş adamlarına tuturam
Rəvadırmı belə bir əfsanə evsiz qalsın????
Özünə sual verdim ki, Komutan ev üçün müraciət etmisən, cavabına siz baxın "mənim evim Vətənimdir, Vətənim mənim evimdir. Harda ordumuzun postu var, ora da mənim evimdir "..
Əllərindən öpürəm Malik Komutan...
Sən tarixsən..
Canlı tarix.
Əfsanəsən..
Səninlə fəxr edir bütün xalqımız...
Böyük hörmətlə dosent Zaur Əliyev
Çap