Menu
20 yan 17:40XƏBƏR LENTİ / Gündəm

Azərbaycanlı tələbə Rusiyada qətlə yetirilib

Azərbaycanlı gənc Rusiyada qətlə yetirilib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Yaroslavl şəhərində baş verib. Rusiya vətəndaşı, 10 il məhkumluq həyatı yaşamış şəxs spirtli içki qəbul edərək küçədə azərbaycanlı gənc, 2002-ci il təvəllüdlü Rəhimov Məhəmməd Zöhrab oğluna yaxınlaşaraq ondan pul tələb edib. Aralarında yaranan mübahisə zamanı adı hələ ki bilinməyən, rus milliyyətindən olan şəxs üzərində gəzdirdiyi bıçaqla qəflətən Məhəmməd Rəhimova xəsarət yetirib. O, ağır vəziyyətdə xəstəxanaya aparılsa da, dünyasını dəyişib.
Yaroslavl şəhərindəki ali məktəblərdən birinin tələbəsi olan 20 yaşlı Məhəmməd Rəhimovun meyiti bu gün Göyçay şəhərinə gətirilərək dəfn edilib.
Qeyd edək ki, Məhəmməd Rəhimov Göyçay şəhər bələdiyyəsinin sədri Cavid Rəhimovun qardaşı oğludur.
Faktla bağlı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Çap
With fall in full swing and winter around the corner, a lot of people might be tempted to slip into more muted or even grayscale fits, but we’ve got a radical suggestion. Fashion Shoes

Komment Əlavə et