Menu
10 yan 02:01XƏBƏR LENTİ / İdman

İtaliya çempionatının oyunlarında azarkeş sayı azaldılır

Futbol üzrə İtaliya A Seriyasının oyunlarına 5 000-dən çox tamaşaçı buraxılmayacaq.
"Report" çempionatın rəsmi saytına istinadən xəbər verir ki, qərar ölkədə koronavirusa yoluxma hallarının artması ilə əlaqədar qəbul olunub. Məhdudiyyətlər 15 yanvar - 5 fevralda keçiriləcək qarşılaşmalara şamil olunub.
Bu müddət ərzində azarkeşlərin bir şəhərdən digərinə hərəkət etməməsi üçün qonaq sektorlara bilet satılmayacaq.
Qeyd edək ki, hazırda İtaliya A Seriyasının matçları zamanı stadionların 50 faizinin doldurulmasına icazə verilir.
Çap
This olive and pink GEL-Preleus is no different, featuring a color combination that bodies all others. Order Shoes Online

Komment Əlavə et