Menu
06 yan 18:50XƏBƏR LENTİ / Hadisə

DİN: "Bakıda direktorun şagirdləri döyməsi ilə bağlı təhqiqat aparılır"

"Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədovanın şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı təhqiqat araşdırmaları aparılır".
Bunu  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
"Videogörüntülərdən məlumatlıyıq. Ərazi üzrə - Nəsimi Rayon Polis İdarəsinin 19-cü Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır. Hazırda təhqiqat qrupu məktəbdədir. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək", - DİN rəsmisi bildirib.
Xatırladaq ki, direktor Zinyət Əhmədovanın şagirdlərə məktəbin foyesində şagirdlərə əl qaldırması müşahidə kameralarına düşüb. Onun bu hərəkəti sosial şəbəkədə qınağa səbəb olub.
Çap
Komment Əlavə et