Menu
01 noy 21:13XƏBƏR LENTİ / Hadisə

DİN açıqladı: 14 yaşlı qıza nişan mərasimi keçirildi, toy da planlaşdırılır

Azərbaycanda 2021-ci ilin iyul ayında 14 yaşında qıza nişan mərasimi keçirilib.
Bu barədə sosial şəbəkədə məlumat yayılıb. Bildirilib ki, hadisə Salyan rayonu Şorsulu kəndində baş verib.
Belə ki, V.İsmayılov adına Şorsulu kənd məktəbinin 8-ci sinif şagirdinə ailəsi tərəfindən nişan mərasimi keçirilib və o təhsildən uzaqlaşdırılıb.
Qeyd edilib ki, 14 yaşlı qızın gələn ilin ilk aylarında toyu nəzərdə tutulub. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-a bildirib ki, iddialar nəzarətə götürülüb:
“Salyan Rayon Polis Şöbəsi tərəfindən bütün müvafiq tədbirlər icra olunur, müvafiq dövlət qurumları məlumatlandırılıb. Valideynlər şöbəyə dəvət olunaraq qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Qanunvericiliyə uyğun olaraq azyaşlının təhsilini davam etdirməsi təmin olunub, dərs davamiyyətinə mütəmadi nəzarət olunacaq”.
Çap
2022 marks the 40th anniversary of the Nike Air Force 1. Blazer Reviews

"These concepts prove that there are always new ways to approach design.” Fashion Shoes

Komment Əlavə et