Menu
06 yan 18:48XƏBƏR LENTİ / Xarici

Mixail Saakaşvili Qazaxıstandakı etiraz aksiyalarını dəstəklədi

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Qazaxıstandakı hadisələri şərh edib.
Bu barədə “Gruziya Online” saytı məlumat yayıb.
“Mən qazax xalqının azadlıq uğrunda mübarizəsini alqışlayıram. Bu onu göstərir ki, bu cür rejimlər nə qədər repressiya tətbiq edirsə, etsin, insanları tutsun, xüsusi təyinatlılar yeritsin, əsas güc azadlıqsevər insanlardadır”,-deyə M.Saakaşvilinin müraciətində deyilir.
“İnsanlar korrupsiyaya, sosial ədalətsizliyə və qeyri-rəsmi idarəçiliyə dözmək istəmirlər. Ötən ilin sentyabr ayında mən bir sıra qazaxıstanlı müxalifətçi ilə görüşdüm və həmin vaxt Qazaxıstanın vətəndaş cəmiyyətinin dəyişikliklərə hazır olduğunu anladım”,-deyə keçmiş prezident yazıb.
Mixail Saakaşvili keçmiş həmkarı Nursultan Nazarbayevi də “unutmayıb”: “Əslində Nazarbayev İvanişvilidən fərlqi olaraq ölkəsi üçün çox işlər görüb. Lakin bu, ona ölkəni özəl şirkəti kimi və qeyri-rəsmi şəkildə idarə etməyə haqq vermir”,-deyə o, qeyd edib.(musavat.com)
Çap
And though images were gathered from retailers, the designs themselves seem to a bit different than originally presented.  airmax90blog

Sneaker Online Blog  And now that their efforts have finally bore fruit, we’re able to catch a glimpse at one of the many commemorative footwear releases to come — the first in line being the Air Max 97.

Komment Əlavə et