Menu
28 dek 18:34XƏBƏR LENTİ / Hadisə

Əli Həsənovun bacanağının 36 milyonluq əmlakı MÜSADİRƏ EDİLDİ

Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun bacanağının müsadirə edilən əmlakının siyahısı məlum olub.
“Report”un əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Həsənovun cinayət işi üzrə təqsirləndirilən bacanağı Ədalət Vəliyevə məxsus Bakı şəhəri, Yasamal rayonu, 525 məhəllə, Mətbuat prospekti, 23 ev ünvanında yerləşən ümumi sahəsi 12 535,9 kv/m-dən ibarət olan, dəyəri 36 milyon manatlıq əmlakı və prokurorluğun depozit hesabına qoyulmuş 1 milyon manat pul vəsaiti müsadirə olunub.
Məlumata görə, bu əmlak Ə.Həsənovun oğlu Şamxal Həsənovun adına olub. İstintaq dövründə o, əmlakı iş üzrə təqsirləndirilən Ə.Vəliyevə bağışlayıb. Daha sonra əmlakın üzərinə həbs qoyulub. Məhkəmə isə əmlakın müsadirə edilməsi ilə bağlı hökm çıxarıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Vəliyevə şərti cəza verilib.(musavat.com)
Çap
The apparel includes a bomber jacket and a collection of T-shirts.  Online Bloging

Woven thread on the latter, however, lends with it a fair bit of gloss for contrast while mesh textures across the tongue break out alongside the branded tab at its peak and the striped pulls nearby. Sneaker Online

Komment Əlavə et