Menu
22 dek 22:11XƏBƏR LENTİ / Hadisə

DTX tərəfindən həbs edilmiş vəzifəli şəxslərə şərti cəza verildi

XİN-in sabiq şöbə müdiri növbəti dəfə hakim qarşısına çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Molla-zadə, Konsulluq idarəsinin vəzifəli şəxsi Səlim Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən hər iki şəxs şərti cəza alıb.

Xatırladaq ki, dövlət ittihamçı hər iki şəxs barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkanının dəyişdirilməsini və məhkəmə zalından həbs edilməsini istəmişdi. Prokuror onların hər birinin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
 Məhkəmə istintaqı mqddətində F.Mollazadə və S.Əlizadə özlərini qismən təqsirli bildiklərini deyiblər.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanıblar. Onlar barəsində Cinayət Məcəlləsinin 179.4(xüsusilə külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham verilib. Barələrində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Lakin bir müddət sonra məhkəmə onları ev dustaqlığına buraxıb.
Çap
The apparel silhouettes include two styles of hoodies and a t-shirt, featuring graphics and material treatments borrowed from Lucha Libre culture, including masks and posters. Discount Shoes

Komment Əlavə et