Menu
03 dek 22:50XƏBƏR LENTİ / Xarici

“BioNTech” 100 gün ərzində “omikron” ştamına qarşı peyvənd hazırlaya biləcəyini açıqlayıb

ABŞ-ın “Pfizer” şirkəti ilə birlikdə koronavirusa qarşı peyvənd hazırlamış “BioNTech” öz preparatını “omikron” ştamına uyğunlaşdırmağa hazır olduğunu açıqlayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin təsisçisi və Baş direktoru Uğur Şahin məlumat verib. Onun sözlərinə görə, ehtiyac olarsa, yeni peyvənd 100 günə hazırlana bilər.
Şahin bildirib ki, ilkin məlumatlara görə, peyvənd olunmuş şəxslər “omikron” ştamına yoluxa bilər, lakin preparat xəstəliyin ağır keçməsindən qorumağa qadirdir.
“Biz belə bir virusun gələn ilin əvvəli peyda olacağını gözləyirdik, amma o, bir qədər tez gəldi”, - “BioNTech”in Baş direktoru deyib.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrikanın cənubunda aşkarlanmış В.1.1.529 ştamını yunan əlifbasının “omikron” hərfi ilə adlandırıb.
Çap
The palette is grounded in a white base to connote unity (it comprises all hues within the visible light spectrum) as well as a return to square one. AIR MAX 97 BLOG

Komment Əlavə et