Mingəçevirdə qətl hadisəsi baş verib.
“Unikal” xəbər verir ki, hadisə “Energetiklər” yaşayış massivində məcburi köçkünlərin məskunlaşdığı “Yeni həyat” qəsəbəsində qeydə alınıb.
Ərazidə olan parkda iki şəxs arasında düşən mübahisə zəminində orta məktəb şagirdi güllələnib. Belə ki, əvvəllər məhkum olunmuş Ağdam rayonu Abdalgülablı kənd sakini Qasımov Əlixan Nuxa oğlu odlu silahdan qəsəbənin digər sakini Ağdam rayonu 24 saylı orta məktəbin şagirdi Kərimov Orxan Tofiq oğluna atəş açıb. O, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Ə. Qasımov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hadisənin səbəbləri hələki məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Çap