Menu
13 noy 19:53XƏBƏR LENTİ / Gündəm

Ermənilər təxribat törətdi - Hazırda Kəlbəcər istiqamətində ATIŞMA GEDİR RƏSMİ

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 13-ü günorta saatlarından başlayaraq Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan, snayper tüfəngi və qumbaraatanlardan da istifadə etməklə atəşə tutub.
Müdafiə Nazirliyindən  verilən xəbərə görə, Azərbaycan Ordusunun bölmələri qarşı tərəfin təxribatının qarşısını almaq üçün adekvat tədbirlər görür, hazırda bu istiqamətdə atışma davam edir.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Çap
Here, the Air Max 97 — which made its original debut back during the aforementioned decade — is catching a look rather retro, one brimming with a number of neons. Online Shoes Website

Komment Əlavə et