Hərbçilərimizin blok-postuna RQD-5 əl qumbarası atan ermənini rusiyalı sülhməramlılar tutublar
.Xatırladaq ki, bu gün səhər saatlarında Şuşanın yaxınlığında ermənilər daha bir insident törədiblər. Noyabrın 8-də diversiya cəhdi zamanı həlak olmuş Martik Eremyanın qardaşı Azərbaycan hərbçilərinin blok-postuna taksidə yaxınlaşıb və ora əl qumbarası atıb.
Rus sülhməramlıları həmin ermənini tutaraq, ərazidən uzaqlaşdırıblar. Bildirilir ki, hadisəni törədən terrorçunun adı Norayr Mirzoyandır. Partlayış nəticəsində bir hərbçimizin yüngül yaralandığı deyilir. Hadisədən sonra Xankəndi-Laçın yolunu bağlanıb. Hazırda əraziyə heç kim buraxılmır.
Olayın təfərrüatları hələlik bəlli deyil.
Çap