Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanın Baş naziri Viktor Orbanı qəbul edib.
Oxu.az-a istinadən xəbər veririk ki, görüşdən sonra təşkil edilən ortaq mətbuat konfransında dövlət başçısı maraqlı açıqlamalar verib.
Ərdoğan Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin hazırda Belarus-Polşa sərhədində yaşanan miqrant böhranında Türkiyəni ittiham etməsini nankorluq adlandırıb. O, miqrantları geri qaytarmaqla ölümə məhkum edən ölkənin Yunanıstan olduğunu və bu ölkənin ABŞ-ın hərbi bazasına çevrildiyini bəyan edib.
Çap