Menu
11 noy 23:13XƏBƏR LENTİ / Hadisə

"İnfarkt keçirmişəm, belim bir neçə yerdən sınıb" - General Hikmət Həsənov

Prezident İlham Əliyevin Zəfər Günü Şuşada hərbiçilərlə görüşündə Vətən müharibəsində döyüşlərə rəhbərlik edən generallar – Kərim Vəliyev, Hikmət Mirzəyev, Mais Bərxudarov, Ramiz Tahirov, Namiq İslamzadə iştirak etsə də, 1-ci Ordu korpus komandiri, general-mayor Hikmət Həsənovun görüşdə yer almaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı Manset.az-a özəl açıqlamasında Hikmət Həsənov səhhətində problemlər olduğunu, hazırda müalicə aldığını bildirib.
“Mən hazırda müalicələr alıram. Sonuncu müharibədə ağır xəsarətlər almışam. İnfarkt keçirmişdim, ürəyimə stend qoyulub. Baxmayaraq ki, ağır idim, amma döyüşü tərk etmədim. Arxasıncada mən Ağdama girdiyimiz zaman minaya düşdüm, məndə üç yerdə sınıq yaranıb. L-11, l-12, l-1-ci fəqərələrimdə sınıq yarandı. Eyni zamanda kəllə-beyin traması yarandı. Müalicələrim davam edir.”
Qeyd edək ki, bir müddət bundan əvvəl Manset.az saytı 1-ci Ordu korpus komandiri, general-mayor Hikmət Həsənovun vəzifəsindən azad olunduğunu barədə ekskluziv məlumat yayımlamışdı.

Çap
If you go to the Nike Women's homepage, you'll find an image of the Air Max 97 smack dab in the middle. Sneakers Blog Online

Komment Əlavə et