Menu
11 noy 22:32XƏBƏR LENTİ / Gündəm

Ermənilər Qarabağda yeni müharibə üçün hərəkətə keçdi: ƏSGƏR VƏ SİLAH TOPLANIR

"Qarabağda separatçı-terrorçular yeni müharibəyə hazırlaşır. Baş separatçı Araik Arutyunyanının dünən “proqram” xarakterli çıxışı bunu təsdiqləyir."
Bunu siyasi ekspert Asif Nərimanlı bildirib.
"Separatçıların başçısı deyir ki, “silahlar haqqında qanuna dəyişikliklərlə silah əldə etmək imkanları genişləndiriləcək”. Bununla bağlı qondarma “qanun layihəsi” mart ayında irəli sürülüb", - deyə ekspert qeyd edib.
A.Nərimanlı daha sonra aşağıdakıları yazıb:
Məsələ Qarabağdakı erməni mülki əhalinin də silahlanmasından ibarətdir. Bu, bir neçə məsələni ön plana çıxarır:
1. Separatçılar gələcək toqquşmalara hazırlaşır: burada həm mümkün anti-terror əməliyyatlarına qarşı “müdafiə olunmaq”, həm də iddia etdikləri keçmiş “DQMV”-nin “ərazisini” bərpa etmək niyyətləri də var;
2. Separatçılar Qarabağdakı mülki erməniləri də terrorçuya çevirir və onların nə vaxtsa Azərbaycan vətəndaşlığını qəbul etməsi imkanlarını sıradan çıxarır: mülki ermənilər silah tuşladıqları ölkənin vətəndaşı olmadan çəkinəcəklər;
3. Separatçılarda silahların sayı mülki əhaliyə də paylayacaq qədərdir: 44 günlük müharibədən sonra bu qədər silahın olması təsadüfi deyil və bu, Laçın dəhlizindən kiçikçaplı silahların Qarabağa daşındığı, dəhlizdən zaman-zaman erməni dəstələrinin keçidinə icazə verən rus sülhməramlılarının mülki avtomobillərin yük yerində kiçikçaplı silahların keçirilməsinə şərait yaratdığı fikrini önə çıxarır;
4. Separatçılar Azərbaycana qarşı mülki əhalidən ibarət “könüllü dəstələr” formalaşdırır;
Və ən vacib məsələ Laçın dəhlizindən silah-sursat daşınmasıdır. İstisna deyil ki, yüklər dəhlizə vizual nəzarət edən Azərbaycan hərbçilərinin görə bilməyəcəyi kiçikçaplı silahlar, o cümlədən, artilleriya mərmiləri və s. ibarətdir.
Araik onu da qeyd edir ki, “cəbhə xəttinin möhkəmləndirilməsi, funksiyalarının lazımi şəkildə yerinə yetirilməsi üçün xeyli iş görülüb”.
Baş separatçı açıq şəkildə etiraf edir ki, Azərbaycan Ordusuna qarşı cəbhə xətt formalaşdırıblar və rus sülhməramlılarının dayandığı mövqelərlə yanaşı, erməni terrorçuların da postları var. Qarabağa qanunsuz səfər edən Ermənistan müdafiə naziri Arşak Karapetyan da terrorçuların qurduğu postlarda olub.
Və görünən budur ki, müharibənin başa çatmasından bir il sonra Qarabağda separatizm yenidən güc toplayır.(musavat.com)
Çap
TOM
Small pearl studs appear below the side Swooshes and again below the laces, while the sole’s toe and heel come with added studded texture. To finish it off, the tongue tags are stamped with an embossed Nike Swoosh label. Shoes on Sale

Now, in an effort to further this aesthetic, the Swoosh is adding a bold red hue into the mix with a quick hit of leopard prints right above its mudguard, responsible for the first of the aforementioned stripes. Purchase Shoes

Komment Əlavə et