Menu
08 noy 20:11XƏBƏR LENTİ / Gündəm

Şuşanı bizim edən hünərvər kommandoslar

Bu şəkildə sırayla durmuş hərbçilər sıradan və sıravi əsgərlər deyil, onlar baş əsgərlərdir, müzəffər və hünərvər oğullardır.
Bunların o biri igid döyüşçülərimizdən bir fərqləri var: Şuşaya ilk qədəm basan bunlar olub. 
"Şuşaya ilk qədəm basmaq" dildə asan görünür - adamıın gözü qarşısında qırmızı xalı canlanır.
Bu əsgərlərin yolu isə qırmızı xalı üzərindən keçməyib, döyüş dostların al qanına bələnmiş torpağın, qayaların üstündən keçib. 
Bunlar Şuşaya öz ağırlıqlarında yüklə, qayalardan dırmaşaraq, qucaqlarında yaralı əsgər yoldaşlarını daşıyaraq, giriblər. 
37f9b427-53bd-43ed-a12b-e7181c81b4e7.jpg (70 KB)
Özlərindən qat-qat çox və daha rahat , əlverişli mövqelərdə daldalanan düşməni qəfləti, gözlənilməz həmlə ilə yaxalayan, üzbəüz, əlbəyaxa savaşda qabaqlarına çıxanı, yumşaq desək, zərərsizləşdirən bu "canavar" qardaşlar indiyədək heç yerdə danışmayıblar, heç yerdə görüntülənməyiblər.
Onların əsl kimliyini bir komandirləri bilib, bir də baş komandanları. 
Bu gün Ali Baş Komandan ona görə bu şəxslərlə birlikdədir, ona görə onları özüylə Şuşa ziyarətinə aparıb ki, gerçək qəhrəmanların kimliyini bilir. 
17a14dff-a25d-4d8b-b36b-95c6239b3ae6.jpg (46 KB)
Bunlar ölümün gözünə dik baxan, ondan qorxmayan rəşidlərdir. Ölümə gedən kamikadzelərdən üstün oğlanlardır bunlar. Kamikadzelər halallaşıb ölümə gedirdilərsə, bunların daha bir ağır riski vardı - yaralanıb əsri düşmək və düşmənin hər cür alçaqlığına, işgəncəsinə məruz qalmaq. 
Amma şükür ki, bu mərd, qıvraq, fəhmli, iri zəkalı, tarım əzələli qardaşlar düşmənə göz açmağa imkan vermədilər və biz, bir də gözümüzü açdıq ki, artıq Şuşadayıq. 
Eşq olsun bu aslanları doğan analara da, onlara "aslanım" deyən atalara da, "Vətənə canım fəda" deyən özlərinə də.
123c2b80-996a-443c-ad25-338017eb7a4d.jpg (116 KB)
Nə mutlu bizə ki, belə oğullarımız var və onlar düşmənin kürəyinin təkcə tatamidə yer vurmurlar, lazın gələndə torpağa da sürtə bilirlər.(musavat.com)
Çap
TOM
He used some leftover scholarship money, a loan from his parents (who took out a second mortgage on their home), earnings from investing in Yahoo and a small business loan to purchase his first store. ジョーダン 6 レトロ 偽物

yam
The app will host launches on a monthly basis, with the first being the TAP3 shoe, releasing March 21 at 11 a.m. ET. A draw for the sneaker will also be available on the MSCHF website. Buy Shoes

Its midsole just above, however, is far more unassuming in its white finish, though the same cannot be said for the Air Unit which hues purple just like the miniature Swoosh and pulls above. Best Sneakers

Komment Əlavə et