Gələn həftə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşünün keçirilməsi planlaşdırılır, bunu Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov noyabrın 7-də “İnterfaks”a bildirib. O, videokonfrans formatında keçiriləcək.
“İnterfaks”ın məlumatına görə, görüş gələn həftənin əvvəlində baş tutacaq.
Lakin Peskovun bəyanatından sonra Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, Ermənistan, Rusiya və Azərbaycan başçılarının üçtərəfli görüşünün vaxtı ilə bağlı yekun razılıq yoxdur.
“Deyə bilərəm ki, hazırda noyabrın 9-da görüşün keçirilməsi ilə bağlı razılıq yoxdur”, - o, Ermənistanın İctimai Televiziyasına deyib.
Xatırladaq ki, qeyri-rəsmi məlumata görə, qarşıdakı görüşdə tərəflər Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası, eləcə də iki ölkə arasında sülh sazişinin bağlanması ilə bağlı iki sənəd imzalamalıdırlar.
Çap