XTQ komandirlərindən birinin 6 yaşlı uşağı çox ağır xəstədir. Bununla bağlı siyasi analitik Turab Rzayev ictimaiyyətə müraciət edib. Qeyd edək ki, körpə Vahidin atası atası XTQ polkovnik-leytenantı Bayram Qurbanov Vətən Müharibəsi qazisidir. Polkovnik-leytenant Qurbanov Bayram Vahid oğlu 1982-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olub. 2000-ci ildən hərbi xidmətdədir. 2005-ci ildən isə Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində xidmət edir. Xidmət etdiyi müddət ərzində, 2016-cı ilin aprel döyüşlərində iştirak edib, eləcədə bir çox döyüş tapşırıqları yerinə yetirib.
44 günlük Vətən Müharibəsində xidmət etdiyi 052 saylı (Xüsusi Təyinatlı Qüvvələr) hərbi hissənin tərkibində döyüşlərdə iştirak edib. Kəlbəcər, Cəbrayıl və Xocavənd rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında iştirak edib və göstərdiyi xüsusi şücaətlərə görə Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncamına “Döyüşdə fərqlənməyə görə”, “Şücaətə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub, “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub.
2021-ci ilin may ayında Laçın rayonu istiqamətində dövlət sərhədinin bərpası əməliyyatlarında olduğu zaman oğlu 2014-cü il təvəllüdlü Qurbanlı Vahid baş ağrıları, qusma və baş gicəllənməsi səbəbindən həyat yoldaşı tərəfindən “Baku Medical Plaza” xəstəxanasına aparılmış, maqnit rezonans tomoqrafiya müayinəsi olunmuş və baş nahiyəsində şiş aşkar edilmişdir. Analizlərin nəticələri Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən Okan Universiteti xəstəxanasına göndərilmiş və orada övladının müalicəsinin mümkün olduğunu və təcili xəstəxanaya gətirilməsini məsləhət görmüşlər. 28 may 2021-ci il tarixində oğlumu İstanbul şəhərində yerləşən Okan Universiteti xəstəxanasına apıböb və 29 may 2021-ci ildə əməliyyat olundu, əməliyyat üçün 15000 (on beş min) ABŞ dolları özü ödəyib.
Əməliyyatdan sonra götürülmüş şişin patologiyası üçün verilmiş analizin nəticələrinə görə Medulloblastom adlı bədxassəli şiş (xərçəng) olması aşkar olundu. Oğlu Vahid 18 iyun 2021-ci tarixdən 6 həftə radioterapiya, eyni zamanda radioterapiyanın dəstəklənməsi üçün 6 dəfə kimya terapiya olundu. Bu radio terapiyanın qiyməti 15000 (on beş min) ABŞ dolları da ödəyib.. Səkkiz həftə fasilədən sonra 6 kurs kimya terapiya başladı. 1 kursunun qiyməti isə 14000 (on dörd min) ABŞ dolları təşkil edir. 01 oktyabr 2021-ci il tarixində kimyaterapiyanın birinci kursu başladı və uğurlu şəkildə bitdi. Ümumilikdə övladının yalnız müalicəsi üçün ən azı 114000 (yüz on dörd min) ABŞ dolları həcmində pul vəsaiti tələb olunub. Bu vaxta qədər ödədiyim pullar zabitimizin maaşının, qohumlarının yardımı, şəxsi avtomobilinin satışı və daxili kreditlə aldığı mənzilinin qaytarılması hesabına baş tutub. Artıq müalicəni davam etdirməyə heç bir imkanı yoxdur.(Azerforum)
Çap