Menu
30 okt 22:45XƏBƏR LENTİ / Hadisə

Azərbaycanda sürücü müştəri kimi apardığı qadını yolda öldürdü, özü isə...

Bakıdan Gəncəyə gedən qadın yolda qətlə yetirilib. Taksi sürücüsü qadının üzərində pul olduğunu bildikdən sonra ona qarşı quldurluq edib. Yaranan mübahisə zamanı isə onu qətlə yetirib. Qətli törədən şəxs isə həbsxanada xəstəlikdən vəfat edib.
Əhliman Fərmanov icarəyə maşın götürərək taksi fəaliyyəti ilə məşğul olub.
Hadisə baş verən gün Gəncəyə getmək istəyən Alyona Yanqarova onun maşınına minib. Yolda onlar arasında söhbət olub. Əhliman söhbətdən bilib ki, Alyonanın üzərində xeyli pul var.
Yevlaxda Varvara kəndi ərazisində maşını heç kimin görmədiyi ərazidə saxlayan Əhliman maşından vintaçan götürərək Alyonanın üzərinə hücum edib. Onun üstünü axtarmağa başlayıb. 10 min manat pulu tapan Əhliman qadını döyməyə başlayıb. Alyona bir dəfə qaçaraq yol kənarına çıxıb. Əhliman onun saçından sürüyərək yenidən maşının yanına gətirib.
Alyona müqavimət göstərməyə çalışıb. Əhlimandan onu öldürməməsini istəyib. Əhliman onu vurmağa başlayan zaman Alyona onu cırmaqlayıb və əlini dişləyib. Bundan qəzəblənən Əhliman əlində olan vintaçanla Alyonanın boyun və baş nahiyələrinə bir neçə zərbə endirib. Alyona aldığı zədələrdən hadisə yerində ölüb. Əhliman isə hadisə yerindən qaçıb.
Alyonanı tamah məqsədilə qətlə yetirməkdə şübhəli bilinən Qaramanlı kənd sakini, əvvəllər məhkum olunmuş Əhliman bir müdddət sonra saxlanılıb.
Əhliman ilkin dindirilmə zamanı əməlini etiraf edib və tamah niyyəti ilə qətl törətdiyini bildirib.
Məhkəmə araşdırması davam edən ərəfədə Əhliman həbsxanada vəfat edib. Onun ölüm səbəbi ürəyin xroniki işemik xəstəliyi, hepatit C virusu, hər iki ağciyərlərin infiltrativ vərəmi və baş beyin hemorragik insultu olub.
Əhlimanın hüquqi varis kimi onun qardaşı tanınıb. Məhkəmə belə qərara gəlb ki, mərhum Əhliman barəsində olan cinayət işinə bəraət verici əsaslar olmadan xitam verilsin. Mərhumun qardaşı da buna etiraz etməyib.
Məhkəmə Əhliman barəsində olan cinayət işinə bəraət verici əsaslar olmadan xitam verib.
Çap
ERG
You’ll have a sneaker versatile enough for any occasion. Air Max 97 Reviews

grg
Be sure to revisit HYPEBEAST’s Halloween Sneaker Guide from 2019 for more. Shoe Outlet

Komment Əlavə et