Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlərə münasibət bildirib.
Dövlət başçısı Afrikadan qayıdarkən jurnalistlərin bununla bağlı sualını cavablandırıb.
"Mən şəxsən İranla Azərbaycan arasında hərbi qarşıdurmanın olacağına inanmıram. İsrailin Azərbaycanla əlaqələrinə görə İran Azərbaycanı hədəf seçə bilməz. Çünki bu gün İranda yaşayan azərbaycanlılarının sayı göz qabağındadır. Bu təbii ki, düşündürür. O qədər də asan deyil. Görülən işlər səhvdir. Düşünürəm ki, İranın yeni rəhbərliyi bu səhvi davam etdirməyəcək", - dövlət başçısı vurğulayıb.
Çap