Menu
13 okt 22:58XƏBƏR LENTİ / Gündəm

Ermənilər yenə təxribat törətdi - mülki avtomobil karvanına atəş açıldı FOTOLAR

Oktyabrın 13-ü saat 14:00 radələrində Kəlbəcər rayonu ərazisində mülki infrastrukturun tikintisi məqsədilə Tərtər rayonunun Suqovuşan qəsəbəsindən Kəlbəcər rayonu istiqamətində hərəkət edən və qeyri-hərbi yükləri daşıyan avtomobil karvanı Qozlukörpü yaşayış məntəqəsi yaxınlığında qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşə məruz qalıb.
Bu barədə  Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
"Atəş nəticəsində kolonun önündə hərəkət edən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Polisinin Hərbi Avtomobil Müfəttişliyinin “NİVA” markalı avtomobilinin ön, arxa hissəsi, təkəri və hərəkət mexanizmləri zədələnib.
Xoşbəxtlikdən ölən və yaralanan yoxdur. Azad olunmuş ərazilərdə mülki infrastrukturun bərpa edilməsi üçün Rusiya sülhməramlılarının müşayiəti ilə hərəkət edən mülki təyinatlı avtomobil karvanının qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşə tutulması yolverilməzdir.
Bu insidentin araşdırılması üçün Azərbaycan Respublikasının Qarabağ İqtisadi Rayonunun müəyyən hissəsində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə müraciət edilib", - nazirlikdən bildirilib.







Çap
Oxşar xəbərlər:
"> Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 1 il ötür "> Prezident İlham Əliyev Şuşada xalqa müraciət edib - Video, mətn "> Polkovnik-leytenant Əfqan Abdurahmanov necə şəhid oldu... - Bir döyüşün TARİXÇƏSİ "> Eldar Namazov: “Azərbaycanı 1 il ərzində 4 ciddi risk gözləyir" "> İşgəncə verən ermənilər məhkəmədə Azərbaycan xalqından üzr istəyib
Komment Əlavə et
Adınız:
E-Mail:
Şifrə:
yenilə, əgər kod görünmürsə
Şifrəni daxil edin: