Menu
27 sen 17:03XƏBƏR LENTİ / Gündəm

“Əgər sən Rusiya müdafiə nazirinin demədiyi sözləri yayırsansa..."- Prezident İlham Əliyev

“Bu məsələdən xəbərdar olduğumuzda dərhal Rusiya tərəfindən soruşduq, bu məsələnin nə olduğu ilə bağlı maraqlandıq. Lakin bizə məlumat verildi ki, erməni mətbuatında yayılan bu bəyanat həqiqəti əks etdirmir. Rusiyanın müdafiə naziri belə sözlər deməyib”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Anadolu Agentliyinə müsahibəsində jurnalistin “Bu yaxınlarda Ermənistan və Rusiyanın müdafiə nazirləri arasında görüş oldu. Bu görüşdən sonra “Ermənistanı silahlandırmaq prosesi yenidən başladı” şəklində açıqlama verildi. Bu açıqlama barədə nə düşünürsünüz? Bu silahlandırma prosesi bölgəyə necə təsir edə bilər? Yox olan Ermənistan ordusu indi yenidən rus silahları ilə ayağa qalxmağa çalışacaq? Bu mövzuda fikirlərinizi öyrənmək istərdim” sualına cavab verərkən deyib.
“Bu, Ermənistan təbliğatının çirkin əməlidir. Belə bir söz deyilməyib. Bizə rəsmi olaraq məlumat verildi ki, belə bir plan yoxdur. Ermənistan ordusunun yenidən pulsuz silahlandırılması ilə bağlı Rusiyadan kifayət edən cavab aldıq və bu məsələni gündəmdən çıxartdıq. Bu, Ermənistanın öz çirkin əməllərindən vaz keçmədiyini göstərir. Ortaya atılan bu yalan ilk olaraq çox böyük xətadır. Əgər sən Rusiya müdafiə nazirinin demədiyi sözləri yayırsansa, bu, ən azından məsuliyyətsizlikdir, təxribatdır.
İkincisi, biz bunu dəfələrcə işğal dövründə də, işğaldan sonra da gördük. Ermənistan və Rusiyada fəaliyyət göstərən erməni lobbisi hər gün Rusiya və Azərbaycan əlaqələrinə xələl gətirmək üçün çalışır. Hər gün, müntəzəm olaraq. Onların günlük işi Azərbaycana qara yaxmaq, Rusiya mətbuatında Azərbaycanla bağlı mənfi rəy yaratmaq, Rusiya-Azərbaycan münasibətlərinə kölgə salmaqdır. Onlar düşünürlər ki, bu halda qisasçı qüvvələr yenidən ayağa qalxıb bizə qarşı müharibəyə başlaya bilərlər. Lakin onlar yanılırlar. Birincisi, Rusiya-Azərbaycan münasibətləri kifayət qədər yüksək səviyyəli əlaqələrdir və biz bütün məsələləri prezidentlər, müdafiə nazirləri və xarici işlər nazirləri səviyyəsində açıq şəkildə müzakirə edirik. Hər hansı tərəfi narahat edən bir məsələ ilə bağlı dərhal əlaqə qururuq və bu məsələləri həll edirik. Bu gün deyə bilərəm ki, Rusiya-Azərbaycan münasibətlərində heç bir təcili mövzunun həlli ilə bağlı heç bir məsələ yoxdur. Çünki bu əlaqələr kifayət qədər müsbətdir. Ermənistanın bu təbliğat cəhdləri onlara uğur qazandırmayacaqdır. Ermənistanın yenidən silahlanması ilə bağlı narahatlığımız Rusiya tərəfindən anlayışla qarşılanır”, - deyə İlham Əliyev qeyd edib.
Çap
Striking deals with the University of Iowa, University of Kentucky, University of Michigan, Georgetown, St. John’s, UNLV and Syracuse, the Dunk High became the official shoe of these teams. Purchase Shoes

Komment Əlavə et