Menu
27 sen 14:18XƏBƏR LENTİ / Gündəm

ABŞ-ın İrəvandakı səfiri həddi aşdı: "Diplomatik qaydaları pozaraq..."

ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi diplomatik qaydaları pozaraq bu gün “Yerablur” hərbi panteonunu ziyarət edib.
Bu barədə erməni mediası məlumat yayıb.
Qeyd edək ki, ABŞ olmayan ATƏT-in Minsk qrupunda vasitəçilərdən biri hesab olunur. Bu çərçivədə diplomatik etiket tələb edir ki, bu ölkənin İrəvandakı səfiri Qarabağ məsələsinə münasibətdə həssas mövqe sərgiləsin və tərəf olduqlarını nümayiş etdirməsin. Ancaq görünən budur ki, ABŞ-ın İrəvandakı səfiri erməni lobbisinin təsiri deyil, nəzarəti altındadır. Bu səbəbdən gah həftədə bir dəfə “status” haqqında sərsəm bəyanatlar verir, gah Azərbaycan və Ermənistan arasındakı dövlət sərhədinə baş çəkir, gah da bu gün olduğu kimi “Yerablur” hərbi panteonuna gedir.
Məlumat üçün bildirək ki, bir il əvvəl məhz 27 sentyabrda Azərbaycan ordusu 30 ilə yaxın işğal altında olan torpaqlarını yağı düşməndən təmizləmək üçün “Dəmir Yumruq” əməliyyatına başlayıb. Və 44 gün ərzində qəhrəman ordumuz erməni işğalçı ordusunu darmadağın etməklə torpaqlarımızı işğaldan azad edib.
Səfir Treysinin İrəvandakı panteonda görünməsi belə qənaətə gəlməyə əsas verir ki, diplomat beynəlxalq hüquq prinsiplərinə zidd olaraq Azərbaycan ərazilərinin işğal edilməsinə müsbət yanaşırmış.(teleqraf.com)
Çap
For b-ballers who wanted something a little more versatile, the Air Jordan 1 Low and Dunk Low were introduced.  Online Shoes Website

Komment Əlavə et