Menu
12 okt 00:57XƏBƏR LENTİ / Şou biznes

İTV-nin aparıcısından gücünü həyat yoldaşının üzərində yoxlayan kişilərə ETİRAZ

Xəbər verdiyimiz kimi, son vaxtlarda ölkədə ard-arda baş verən faciəvi qadın ölümləri sosial şəbəkələrdə ciddi müzakirə mövzusu olub.
 “Şiddətə son” həşteqi ilə başlayan şüarlara tanınmış sənət adamları da biganə qalmayıb. İctimai kanalın məşhur aparıcısı Azər Süleymanlı hər kəsi qadınlara qarşı həssas olmağa dəvət edərək humanizə səslənyib:
“Uşaqlarına “Qızbəs”, “Qıztamam”, “Yetər” adları qoyan, qız dünyaya gətirdi deyə arvadının gününü qaraldan, onu boşayan, yaşa dolmamış ərə verib başından atan, təhsil almasına önəmsiz baxan, üzərində əzələsini, kişiliyini yoxlayan, övladları önündə onları bıçaqlayan cəmiyyətdə yaşayırıq. Duraq daha! Bizə dünya verənlərin dünyasını əllərindən almayaq! Unutma ki, səni də dünyaya bir qadın gətirib”.




Çap
Komment Əlavə et