Menu
12 okt 00:26XƏBƏR LENTİ / Şou biznes

Lalənin "Maşın"dakı seçimi şoka saldı

"Maşın" şounun növbəti yarışma günü yaşanıb.
Səsverməyə aparıcı Lalə Mustafayeva çıxıb. O, öncə hədəfinin türkiyəli aparıcı Suna Kasımoğlu olduğunu söyləyib: "Bu möhtəşəm şoudan Türkiyədə olsaydı, heç bir azərbaycanlını bu qədər saxlamazdılar".
Daha sonra Sunadan üzr istəyən Lalə hədəfinin o olmadığını bildirib və yarışma boyu hədəfini açıqlamayıb. 58 faiz səs toplayan Lalə müğənni Türkan Vəlizadəni uzaqlaşdırıb.
Artıq "Maskarad" adlı yarışda 6 iştirakçı maşın uğrunda mübarizə aparacaq. Onlar aşağıda adları qeyd olunanlardır:
Müğənnilər Niyam Salami, Ramal İsrafilov, aparıcılar Suna Kasımoğlu, Lalə Mustafayeva, Kəmalə Piriyeva, aktrisa Zümrüd Qasımova.(musavat.com)
Çap
Komment Əlavə et