Menu
05 okt 00:44XƏBƏR LENTİ / Şou biznes

Vüsalə Əlizadə “Maşın şou” haqqında nələr yazdı: “Bir qadını kişi olanlar...

Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu “Maşın şou”nun 18-ci sürətinin ikinci günündə Fuad Musayev SMS səsverməsinə çıxarılıb. O, 16,92 faiz səslə şounu tərk edib.
Hədəfini gizlətməyən müğənni Fuad Musayev oyundan Ayan Babakişiyevanı uzaqlaşdırmaq istəyib. Məlum olub ki, Fuad Musayev Ayanı çıxarmaqla ondan intiqam almaq istəyib. Prodüser Tarix Əliyev bu barədə instaqramda paylaşım edərək “Fuad bilirsiz niyə Ayanı çıxarmaq istəyir? Dəqiq deyirəm: Fuad Musayev Füzuli Musayevin dostudur, həm də qohumudur”, - deyə qeyd edib.
Ayan Babakişiyevanın yaxın rəfiqəsi olan aparıcı Vüsalə Əlizadə ona dəstək çıxıb. Sosial şəbəkədə Ayanın şəklini paylaşaraq, aparıcı hər kəsdən dəstək istəyib:
"Bu oyundur təbii, amma oyun bitəndən sonra belə özümüzlə gəzdirəcəyimiz bir qürur, bir şərəfə cavabdehik! Bir qadını kişi olanlar birləşib təkləməz! Ayıb olsun".
Qeyd edək ki, Ayan Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti, Karate üzrə dünya çempionu Füzuli Musayevlə ailəli olub. Cütlük illər əvvəl ayrılıb. Onların Selena adlı qız övladı var.
Çap
Komment Əlavə et